Avadanlıqlar Üçün Ehtiyat Hissələrinin Yerli İstehsalı
İcmal:
Metallurgiya, istehsalat və sənaye müəssisələrində xaricdən gələn orijinal ehtiyat hissələrinin gecikməsi istehsalatın dayanmasına səbəb olur. Biz xaricdən asılılığı azaltmaq üçün mürəkkəb detal və qovşaqların tərsinə mühəndislik (reverse engineering) yolu ilə yerli istehsal çertyojlarını hazırlayırıq.
Təklif Etdiklərimiz:
• Ölçü və Geometriya Analizi: Yeyilmiş və ya sıradan çıxmış detallardan dəqiq həndəsi ölçülərin, tolerantlıqların və oturma səthlərinin çıxarılması.
• Material Seçimi və Bərklik Təyini: Materialın tərkibinin analizi və tələb olunan termik emal (tablandırma, bərkitmə, normallaşdırma və s.) rejiminin müəyyənləşdirilməsi.
• Texniki Sənədləşdirmə Paketi: Fiziki detalın yerli CNC və ya konvensional dəzgahlarda yonulması üçün standart 2D/3D çertyoj paketinin hazırlanması.
• İstehsalın İdarə Edilməsi: Xammal seçimindən son keyfiyyət nəzarətinə qədər detalın yerli bazarda hazırlanmasına nəzarət.
İdxaldan Asılı Olmayan Ehtiyat Hissəyə Ehtiyacınız Var?
Yerli istehsal təklifi almaq üçün zədələnmiş detalınızı, cizginizi və ya işçi parametrlərinizi bizə göndərin.