İş prosesimiz
İş prosesimiz
Müraciətdən hazır nəticəyə qədər — addım-addım şəffaf əməkdaşlıq
1.Sorğu və Şəraitin Qiymətləndirilməsi:
Addım 1.
Sayt üzərindən müraciət edin. İstehsal üçün cizgi/3D fayl daxil edə, təmir və monitorinq üçün isə avadanlığın mövcud vəziyyəti, nasazlıq simptomları və ya obyektdəki şərait haqqında ilkin məlumat verə bilərsiniz.
2.Yerində Baxış və Texniki Audit (Ehtiyac olduqda):
Addım 2.
Kran təmiri, avadanlıq bərpası və monitorinq xidmətləri üçün mühəndislərimiz tərəfindən obyektdə (sahədə) baxış keçirilir, vibrasiya/səslənmə ölçümləri aparılır və nasazlığın kökü təyin olunur.
3.Kommersiya Təklifi və Texniki Həll (RFQ):
Addım 3.
Dəqiq iş həcmi (Scope of Work), lazım olan ehtiyat hissələri, icra müddəti və qiymətləndirməni özündə əks etdirən rəsmi Kommersiya Təklifi (PDF) təqdim olunur.
4.Müqavilə və İstehsal / Təmir Prosesi:
Addım 4.
Təklif razılaşdırıldıqdan sonra rəsmi müqavilə/hesab-faktura əsasında işlərə başlanılır. İstehsalat sexdə, təmir/bərpa və ya monitorinq işləri isə cədvələ uyğun olaraq sahənizdə və ya emalatxanada icra edilir.
5.Sınaq, Test və Təhvil-Təslim:
Addım 5.
Hazır detal və ya təmir olunmuş avadanlıq (kran, reduktor, nasos və s.) işçiişçilik sınaqlarından keçirilir. Texniki hesabat və təhvil-təslim aktı imzalandıqdan sonra istismara verilir.