Metallurgiya, istehsal və anbar sahələrində kranların dayanması bütün logistikanı və istehsalatı iflic edir. Təcrübəli mühəndis heyətimizlə bütün növ sənaye kranlarının (tavan, körpülü, portal və konsol kranlar) operativ təmiri, elektrik sistemlərinin tənzimlənməsi və mexaniki bərpasını həyata keçiririk.
Təklif Etdiklərimiz:
• Elektrik və İdarəetmə Sistemləri: Tezlik çeviricilərinin (VFD), PLC panellərinin, kontaktorların və distant (radio) idarəetmə pultlarının diaqnostikası, proqramlaşdırılması və təmiri.
• Mexaniki Bərpa və Detal Dəyişimi: Kranlarda nasaz reduktorların və daxili mexanizmlərinin, yürüş təkərlərinin yoxlanması və dəyişdirilməsi.
• Xətt Və Şin Quraşdırılması: Kranların elektrik təchizatı üçün açıq və ya qapalı tip тролей (busbar) xətlərinin və kabel feston sistemlərinin quraşdırılması və nizamlanması.
• Ehtiyat Hissə Dəstəyi: İstehsalı dayandırılmış və ya tapılmayan kran detallarının tərsinə mühəndisliklə bərpası.
Kranlarda Elektrik və ya Mexaniki Problem Var?
Yerində baxış və təmir təklifi üçün avadanlıq məlumatlarınızı və ya nasazlıq aktını bizə göndərin.